Təyyarəyə atəş açılmasına Akardan REAKSİYA

Sudandan türk vətəndaşlarını təxliyə edən təyyarəyə ciddi ziyan dəyməyib.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.

Akar bildirib ki, Türkiyədən göndərilən komandalar təyyarəni təmir edə bilər.

Qeyd edək ki, ürk vətəndaşlarını Sudandan təxliyə edən Türkiyənin Milli Müdafiə Nazirliyinə məxsus C-130 evakuasiya təyyarəsi atəşə tutulub. Təyyarə təhlükəsiz eniş edib, yaralanan olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31