Zelenski iki ölkə lideri ilə Kiyevdə görüşdü
28 Aprel 2023 19:42 DünyaBu gün Slovakiya Prezidenti Zuzana Çaputova və Çexiya Prezidenti Petr Pavel Kiyevə gəlib.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Slovakiya Prezidenti Feysbuk hesabında məlumat yayıb.
"Çexiya Prezidenti ilə Ukraynaya birgə səfər Slovakiya və Çexiya dövlət başçıları arasında münasibətlərdə yeni dövrü olmasını təsdiqləyir. Bu, bizim xaricə ilk birgə səfərimizdir və bu səfərin Ukraynaya olmasına şadam", - o yazıb.
Qeyd edək ki, onların Prezident Vladimir Zelenski ilə görüşəcəkləri, Borodianka və Buça şəhərlərinə səfər edəcəkləri gözlənilir.
***
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Çexiyanın yeni Prezidenti Petr Pavel və Slovakiya Prezidenti Zuzana Çaputova ilə görüşüb.
"Buça və Borodyankadan başlayan bu səfərə görə təşəkkür edirəm. Biz genişmiqyaslı işğalın ilk günündən Çexiyanın, hökumətinin və bütün cəmiyyətin dəstəyini yüksək qiymətləndiririk", - Zelenski bildirib.
Zelenski daha sonra Slovakiya lideri Zuzana Çaputova ilə görüşüb və ona Ukraynanı dəstəklədiyinə görə təşəkkür edib.