Rusiya Ukraynanın itkilərini AÇIQLADI

Rusiya müharibənin 429-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib.

"Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 413 təyyarəsi, 229 helikopteri, 3887 PUA-sı, 421 zenit-raket kompleksi, 8887 tank və digər zirehli texnikası, 1095 reaktiv yaylım atəş sistemi, 4679 artilleriya və minaatanı, 9820 xüsusi hərbi avtomobil texnikası məhv edilib", - o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31