Aİ: Rusiyanın mülki şəxslərə hücumları müharibə cinayətidir - ÖZƏL
28 Aprel 2023 16:45 DünyaAvropa İttifaqı (Aİ) Rusiyanın səhər saatlarında Ukraynanın bəzi şəhərlərinə təşkil etdiyi hava hücumlarında mülki şəxslərin hədəf alındığını, mülki şəxslərə qarşı hücumların müharibə cinayəti təşkil etdiyini və məsuliyyət daşıyanların məsuliyyətə cəlb ediləcəyini açıqlayıb.
Aİ Komissiyasının xarici əlaqələr üzrə sözçüsü Peter Stano mətbuat konfransında bildirib ki, hücumlar zamanı aralarında uşaqların da olduğu mülki vətəndaşlar ölüb və ya yaralanıb. Müharibə başlayandan bəri Rusiyanın, xüsusilə Ukraynanın cəbhəyə yaxın şəhər və qəsəbələrində mülki əhalini və mülki infrastrukturu hədəf aldığını bildirən Stano, qəlpə parçalarının məktəblərdəki uşaqlara kimi bir çox mülki vətəndaşa təsir etdiyini bildirib. Stano əlində tutduğu qəlpəni göstərərək, hər partlayışdan sonra havaya atılan bomba parçalarının unudulmaması üçün onu açar zəncirinə çevirdiyini bildirib. Stano sonda qeyd edib ki, "Rusiyanın mülki əhaliyə və mülki infrastruktura hücumları müharibə cinayətlərini təşkil edir. Hücumun əmrini verənlər, hücumları təşkil edənlər və onların işbirlikçiləri cəzasız qalmayacaqlar. Onların hamısı cavab verəcək".