Sudanda Türkiyə təyyarəsi atəşə tutulub - ÖZƏL

"Reuters"in verdiyi xəbərə görə, Sudan ordusundan verilən açıqlamada, ordu ilə toqquşmaya başlayan hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələri (HDK) tərəfindən Türkiyə təyyarəsinin atəşə tutulduğu bildirilib. Açıqlamada, Xartum hava limanına edilən hücumda bir ekipaj üzvünün yaralandığı, yanacaq çəninin zədələndiyi, lakin təyyarənin yerə endiyi vurğulanıb. Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada, "Münaqişələrin davam etdiyi Sudanda ilişib qalan vətəndaşlarımızı təxliyə etmək üçün Vadi Seyidnaya gedən C-130 təxliyə təyyarəmiz yüngül silahlarla atəşə tutulub. Təyyarəmiz sağ-salamat eniş edib. Heyətimizdə xəsarət alan olmasa da, təyyarəmizə də lazımi nəzarətlər həyata keçirilir" deyilib.

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31