Armen Qriqoryan: Ermənistan yeni təhlükəsizlik zəmanətləri axtarışındadır
27 Aprel 2023 12:50 DünyaErmənistan çox çətin vəziyyətdədir, bizi qorumalı olan təhlükəsizlik mexanizmləri işləmir. İndi Ermənistan yeni təhlükəsizlik zəmanətləri axtarışındadır.
Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib.
"Bizi Qərbə yönəlməkdə ittiham edirlər, lakin biz Hindistanla da intensiv əməkdaşlıq edirik. Biz təhlükəsizlik problemlərimizi həll etmək baxımından müxtəlif sahələrdə əməkdaşlıq edirik", - Qriqoryan bildirib.
Onun sözlərinə görə, Rusiya Federasiyası siyasi səviyyədə Ermənistanın təhlükəsizlik problemlərini həll edə bilməyəcəyini bəyan etmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31