Ərdoğan "Akkuyu"dakı mərasimə onlayn qatılacaq
26 Aprel 2023 23:51 Dünya"Akkuyu" AES-ə nüvə yanacağının verilməsi mərasiminə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onlayn formatda qatılacaq.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndəsi Ərkan Kandəmir deyib.
Qeyd edək ki, "Akkuyu" AES-də mərasimin 27 apreldə keçirilməsi nəzərdə tutulur. Rusiya Prezidenti Vladimir Putin də mərasimdə videobağlantı vasitəsilə iştirak edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31