Kral və kraliça “Avroviziya” səhnəsini açdılar - FOTO
26 Aprel 2023 23:33 DünyaKral III Çarlz və Kraliça Kamilla may ayında Böyük Britaniyada keçiriləcək "Avroviziya" mahnı müsabiqəsinin səhnəsinin açılışını ediblər.
Olaylar.az "qafqazinfo"ya istinadən xəbər verir ki, kral və kraliça müsabiqəyə ev sahibliyi etməyə hazırlaşan yaradıcı heyətlə görüşüblər.
Qeyd edək ki, Böyük Britaniyada 25 ildən sonra ilk dəfə keçiriləcək "Avroviziya" mahnı müsabiqəsi Kral Çarlzın tacqoyma mərasimindən bir həftə sonra, mayın 13-də təşkil olunacaq.
67-ci dəfə keçiriləcək müsabiqə Liverpulda baş tutacaq.




Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31