Əks-hücum tarixi AÇIQLANDI

Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatına 2 maydan sonra başlayacaq.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri "Vaqner" muzdlu hərbi qruplaşmasının rəhbəri Yevgeni Priqojin deyib.

"Ukrayna ordusunun əks-hücum əməliyyatı ilə bağlı nə baş verir? Bu gün yağış yağır, 2 maydan etibarən yağış kəsəcək. Daha bir həftə lazımdır ki, torpaq qurusun. Bundan sonra Ukrayna Silahlı Qüvvələri hücuma hazır olacaq. Bu hücum 9 Mayda - Qələbə gününü pozmaq üçünmü olacaq? Ola bilər", - o qeyd edib.

O əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri tam irəliləməyə və cinahları kəsməyə hazırdır, ukraynalıların hücumu qaçılmazdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31