Kahramanmaraşda 4,3 bal gücündə ZƏLZƏLƏ

Türkiyənin Kahramanmaraş şəhərinin Göksun rayonunda zəlzələ olub.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, saat 18.31-də baş verən zəlzələ 4,3 bal gücündə olub.

Zəlzələnin dərinliyinin 7,36 kilometr olduğu açıqlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31