Qərb Ukraynanı həlledici müharibəyə hazırlayır - ÖZƏL
19 Aprel 2023 14:54 Dünya"Ukrayna müharibəsi özünün həlledici mərhələsinə yaxınlaşır". "OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Azər Qasımov deyib ki, kimiləri Amerikanın Ukraynanı yarı yolda qoyacağını və ya artıq qoyduğunu əminliklə iddia edir, kimiləri Rusiya ilə danışıqlara gedib müharibəni bitirəcəklərini qeyd edirlər: "Müxtəlif pessimist iddialar, hətta Rusiyanın qalib gələcəyi kimi daxili istəklərini belə reallıq şəklində iddia edənlər də tapılır".
Politoloq deyib ki, kollektiv Qərb Ukraynanı həlledici müharibəyə, əks-hücuma hazırlayır: "Hər xırda detalına kimi planlı şəkildə təchiz edilən Ukrayna ordusu havaların düzəlməsini gözləyir. Bu, işin texniki tərəfləridir. Hücum elə hazırlanır ki, qələbə mütləq olsun, çünki əks halda bir daha yeni hücum üçün imkan olmaya bilər".