Rusiyaya qarşı sanksiyalar Ukraynada sülhün əldə olunmasına kömək etməyəcək - ÖZƏL

"Ukraynadakı münaqişə Kiyevə silah tədarükü və anti-Rusiya sanksiyaları ilə həll edilə bilməz".

Olaylar.az xəbər verir ki, bunu Braziliya prezidentliyinin baş müşaviri Selso Amorim deyib.
"Bir ölkənin hərbi qüdrətinin artırılması və ya digərinə sanksiyaların tətbiqi sülhə nail olmağa kömək etməyəcək. Bu, dialoqa aparan deyil və danışıqları asanlaşdıran şərait yaratmır. Ona görə də bu, ancaq münaqişəni uzadır", - diplomat bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31