Hindistan əhalisi Çini 3 milyon ötəcək- ÖZƏL
19 Aprel 2023 14:14 DünyaOlaylar.az xəbər verir ki, BMT-yə görə, Hindistan dünyanın ən sıx məskunlaşdığı ölkəyə çevrilmək yolundadır. UNFPA-nın "8 milyard yaşayır, sonsuz imkanlar: hüquqlar və seçimlər məsələsi" adlı "2023-cü ildə Dünya Əhalisinin Vəziyyəti Hesabatı" dərc olunub. Hindistan əhalisinin ilin ortasına qədər Çini təxminən 3 milyon nəfər keçəcəyi bildirilən hesabatda Hindistan əhalisinin 1 milyard 428 milyona çatacağı təxmin edilir. Hesabatda Konqo Demokratik Respublikası, Misir, Efiopiya, Hindistan, Nigeriya, Pakistan, Filippin və Tanzaniya daxil olmaqla 8 ölkənin 2050-ci ilə qədər proqnozlaşdırılan qlobal əhali artımının yarısını təşkil edəcəyi bildirilib. Qeyd olunub ki, Hindistan əhalisinin sayı BMT-nin əhali məlumatlarını toplamağa və dərc etməyə başladığı 1950-ci ildən bəri ilk dəfə Çini keçəcək.