Hindistan əhalisinin sayına görə Çini keçəcək - STATİSTİKA
19 Aprel 2023 13:41 DünyaHindistan 2023-cü ilin ortalarında əhalisinin sayına görə Çini keçəcək.
Olaylar.az Sfera.az-a istinadən xəbər verir ki, bu, BMT-nin Əhali Fondunun hesabatında yer alan məlumatlarda əksini tapıb.
Demoqrafik cədvələ görə, Hindistan əhalisi 2023-cü ildə 1,4286 milyarda çatacaq, Çində isə bu rəqəm 1,4257 milyard olacaq.
Real vaxt rejimində statistika təqdim edən "Worldometer" veb-saytı çərşənbə günü Hindistanın 1,4187 milyard, Çinin isə 1,4549 milyard əhalisinin olduğunu göstərir.
Xatırladaq ki, BMT-nin 15 noyabr 2022-ci il tarixli məlumatına görə, Yer kürəsində insanların sayı 8 milyard nəfərə çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31