Türkiyənin xarici ticarətində artım qeydə alınıb - ÖZƏL
19 Aprel 2023 13:36 DünyaTürkiyənin ənənəvi bazarlarından biri olan Yaxın Şərq ölkələri ilə ikitərəfli ticarəti artırmaq səyləri öz bəhrəsini verir. "OLAYLAR" trthaber-ə istinadən bildirir ki, ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində atılan addımlarla Türkiyə bu ilin ilk rübündə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanına ixracatda sıçrayış edib.
Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatına görə, Türkiyənin BƏƏ-yə ixracatı bu ilin birinci rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 262 milyon 722 min dollar artaraq 1 milyard 23 milyon dollara çatıb. Səudiyyə Ərəbistanına ixrac isə 541 milyon 906 min dollar artaraq 611 milyon 816 min dollar olub.
Türkiyənin ümumi ixracatında BƏƏ-nin payı 1,7 faiz, Səudiyyə Ərəbistanının isə 1 faiz təşkil edib.
Bu ilin birinci rübdə zərgərlik sektoruna ən çox tələb BƏƏ-dən, xalça sektoruna isə ən çox tələb Səudiyyə Ərəbistanından olub.