Aİ-nin Sudandakı humanitar missiyasının rəhbəri yaralanıb- ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa Birliyinin (Aİ) Sudandakı humanitar missiyasının rəhbəri Vim Fransen güllələnərək yaralanıb. Belçika mətbuatı, Avropa Birliyinin (Aİ) Sudandakı humanitar yardım missiyasının rəhbəri, münaqişələrin yaşandığı Sudanda təyin olunmuş Belçika vətəndaşı Vim Fransenin bazar günü paytaxt Xartumda yoxa çıxdığını və çərşənbə axşamı yaralı halda tapıldığını bildirib. Fransenin zədəsinin ciddi olduğu, lakin həyatı üçün təhlükə olmadığı bildirilib. Aİ rəsmiləri təhlükəsizlik səbəbi ilə Fransenin vəziyyəti barədə ətraflı məlumat verməyiblər. Münaqişə başlayandan sonra AB-nin Sudandakı səfiri İrlandiya vətəndaşı Adrian Ohara da öz iqamətgahında hücuma məruz qaldığı açıqlanıb. Səfirin vəziyyətinin yaxşı olduğu və vəzifəsini davam etdirdiyi bildirilib. Aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartumda və müxtəlif şəhərlərdə Sudan ordusu ilə hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələri arasında silahlı toqquşmalar baş verib. Ümumdünya Səhiyyə Təşkilatının  baş direktoru Tedros Adhanom Ghebreyesus Sudanda davam edən qarşıdurma nəticəsində həyatını itirənlərin sayının 270-ə yüksəldiyini açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31