Ukrayna: Qara dəniz taxıl müqaviləsi təhlükə altındadır- ÖZƏL
19 Aprel 2023 12:44 DünyaOlaylar.az xəbər verir ki, Türkiyə və BMT-nin vasitəçiliyi ilə imzalanan Qara dəniz taxıl sazişinin taleyi ilə bağlı qeyri-müəyyənlik artır. Ukrayna baş nazirinin müavini Yuliya Svırıdenko bildirib ki, Qara dəniz taxıl müqaviləsi dayanmaq təhlükəsi ilə üz-üzədir. "Sazişin dayandırılması təhlükəsi var və Rusiya yenidən gəmilərin yoxlanmasını əngəlləyib. Bizim üçün keçidlərdəki maneələri aradan qaldırmaq son dərəcə vacibdir, əks halda Ukrayna blokadada qalacaq. Biz tərəfdaşlarımıza və Rusiyaya bu vəziyyətdən istifadə etmək imkanı verə bilmərik". Ukraynanın kənd təsərrüfatı naziri Nikolay Solski bəyan edib ki, taxıl dəhlizi sazişi üzrə danışıqlar davam edir və danışıqların necə inkişaf edəcəyini görmək üçün vaxt verilməlidir. Rusiyanın RİA xəbər agentliyində yer alan xəbərə görə, Rusiya Xarici İşlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatı və Ukraynanın gəmilərin yoxlanılması və yeni gəmilərin qeydiyyatı məsələlərində çətinlik çəkdiyini bildirib. Moskva ilə Kiyev arasında ötən ilin iyulunda yaradılmış müqavilə yenidən uzadılmadığı təqdirdə mayın 18-də başa çatacaq.