Kolumbiyada polisə bombalı hücum: 14 yaralı var- ÖZƏL
19 Aprel 2023 12:28 DünyaOlaylar.az xəbər verir ki, Kolumbiyada şəxsi mülklərdən birində təxliyyə həyata keçirən təhlükəsizlik qüvvələrinə bombalı hücum nəticəsində 14 polis yaralanıb.
Antioquia inzibati bölgəsindəki Yondo qəsəbəsində xüsusi bir mülkdə təxliyyə əməliyyatı həyata keçirən Kolumbiya İqtisadiyyata Müdaxilə Birimi ESMAD-a əl istehsalı bombalı hücum təşkil edilib. Partlayışda 3-ü ağır olmaqla 14 polis əməkdaşı yaralanıb. Bölgəyə əlavə qüvvələr göndərildikdən sonra təhlükəsizlik nəzarəti təmin edilib. Antioquia qubernatoru Annibal Gaviria Correa hücumun səbəbkarlarını tapmağa kömək edəcək şəxslərə böyük pul mükafatları veriləcəyini açıqlayıb. Hücumu qınayan Korrea, "Məsul olanları tapana qədər əməliyyatlarımızı yorulmadan davam etdirəcəyik. Yaralı polislərimizə tezliklə şəfa diləyirəm" deyib. Kolumbiya mətbuatında çıxan xəbərə görə, hadisə özəl bir neft şirkətinin ərazisini zəbt edənləri polisə xəbər verməsi ilə başlayıb. Polis əraziyə gəldikdən sonra maskalı şəxslərlə təhlükəsizlik qüvvələri arasında uzun müddət gərginlik yaşanıb. Ona molotof kokteyli və partlayıcı ilə hücum edən qrupa polis gözyaşardıcı qazla cavab verib.