Amerikanın Ukraynanı yarı yolda qoymaq kimi bir lüksu yoxdur - ÖZƏL

"Ukrayna müharibəsinin nəticəsi ya Rusiyanın, ya da Amerikanın həm daxildən, həm də dünya düzənində yerlərinin sarsılmasına səbəb olacaq. Hər iki halda Ukrayna onsuz da itirdiyini itirib. Bundan sonra itirəcəyi bir şey yoxdur. Tək müstəqilliyindən başqa". Bu fikirləri "OLAYLAR"-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki,  qələbə Ukraynaya itirdiklərini bərpa etmək şansı verəcəksə, məğlubiyyətin nə olduğu isə hamıya aydındır:

"Qeyd etdiklərimizdən sonra hesab etmək olar ki, Amerikanın Ukraynanı yarı yolda qoymaq kimi bir lüksu yoxdur, istəsə də, istəməsə də. Müharibə tam qələbəyə kimi davam etməlidir, illər çəksə də". Azər Qasımovun sözlərinə görə,  Avropa birliyi, özünü demokratik dünya adlandıran ölkələr öz var olma səbəbinə görə məcbur da olsalar Ukraynaya dəstək olacaqlar:

"Çünki dəfələrlə vurğulandığı kimi Ukrayna Rusiya ilə bütün demokratik və azad dünya istəyənlərin yerinə də döyüşür. Ona görə ona dəstək olmaq onların borcudur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31