Kanadada dövlət qurumlarının fəaliyyəti iflic oldu - ÖZƏL
19 Aprel 2023 10:54 DünyaKanadada federal hökumət idarələrində çalışan 155 min dövlət məmuru hökumət və həmkarlar ittifaqı arasında aparılan danışıqlarda razılığa gələ bilmədiyi üçün tətilə çıxıb. "OLAYLAR" trthaber-ə istinadən bildirir ki, etirazların ölkə üzrə 250-dən çox nöqtədə keçirilməsi nəzərdə tutulur. Ümumilikdə, etiraz dalğasına Kanadanın 23 müxtəlif federal dövlət xidmətləri, xüsusən də vergi idarələri qoşulub.
Kanadanın Xəzinədarlıq Departamenti hökumət adından verdiyi açıqlamada, hökumətin etirazçılarla razılaşmaq üçün əlindən gələni etdiyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31