BMT Antonio Quterreşin telefonlarının dinlənilməsi ilə bağlı xəbərlərdən ABŞ-a narahatlığını bildirib
18 Aprel 2023 23:12 DünyaBMT bu təşkilatın Baş katibi Antonio Quterreşin telefonlarının dinlənilməsi ilə bağlı xəbərlərdən ABŞ-a rəsmi narahatlığını bildirib.
Olaylar.az trend-ə istinadən bildirir ki, bunu BMT-nin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlamasında söyləyib. O deyib: "BMT-nin Baş katibinin və digər yüksək səviyyəli nümayəndələrinin danışıqlarının ABŞ hakimiyyət orqanları tərəfindən dinləmə və müdaxilə obyekti olması barədə son xəbərlərlə bağlı narahatlığımızı rəsmi olaraq bu ölkəyə bildirdik. Bu cür hərəkətlər BMT-nin Nizamnaməsində, BMT-nin imtiyazları və immunitetləri haqqında Konvensiyasından irəli gələn ABŞ öhdəliklərinə uyğun gəlmir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31