Ukrayna Polşa ilə taxıl məsələsində RAZILAŞDI
18 Aprel 2023 21:44 DünyaUkrayna taxılının Polşa ərazisindən tranziti məsələsində razılığa gəlinib.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna İqtisadiyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, razılaşma 2023-cü il aprelin 20-dən 21-nə keçən gecə bərpa olunacaq.
Qeyd edək ki, Polşa və Macarıstan Ukrayna taxılının və digər kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoymuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31