Pekində dəhşətli YANĞIN

Çinin paytaxtı Pekində Çanfen xəstəxanasında baş verən güclü yanğın səbəbindən 21 nəfər həyatını itirib.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Xilasetmə xidməti 18 aprel yerli vaxtla saat 12:57-də yanğın barədə məlumat alıb, bundan sonra yanğınsöndürənlər, xilasedicilər, polis və tibb əməkdaşları hadisə yerinə gəliblər.

Məlumata görə, 71 pasiyent təxliyə edilib, 21-i isə həlak olub.

Hazırda yanğın söndürülüb, insidentin səbəbləri araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31