Türkiyədə mikroavtobus aşıb, xəsarət alanlar var
17 Aprel 2023 23:43 DünyaTürkiyənin Şırnak vilayətinin Uludərə rayonunda sərnişin mikroavtobusu yoldan çıxaraq aşıb.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, hadisə zamanı 8 nəfər xəsarət alıb.
Qəzaya sürücünün idarəetməni itirməsi səbəb olub.
Məlumata əsasən, xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.
Bildirilir ki, qəza ilə bağlı polislər tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31