Havanın çirklənməsi həyatın hər mərhələsində insana zərər verir- ÖZƏL
17 Aprel 2023 16:25 Dünyaİngiltərədə aparılan yeni bir araşdırma, havanın çirklənməsinin doğuşdan qocalığa qədər həyatın bütün mərhələlərində insanların sağlamlığına mənfi təsir göstərdiyini göstərdi. "The Journal"da dərc olunan araşdırmaya görə, mütəxəssislər son 10 ildə aparılmış 35 mindən çox araşdırma əsasında hava çirkliliyinin insanlara təsiri ilə bağlı tapıntıları araşdırıblar.
London İmperial Kollecinin Ətraf Mühitin Mühafizəsi Qrupu avtomobillərin işlənmiş qazlarından atılan PM2.5 və azot dioksidi olan çirkləndirici hissəciklərin insan sağlamlığı üçün xüsusilə zərərli olduğunu vurğuladı. Araşdırmaya görə, PM2.5 hətta Londonun ən az çirklənmiş bölgəsində yaşayan insanların sağlamlığına da ziyan vurub. Havanın çirklənməsinin sağlamlığa təsirinin vaxtından əvvəl ölənlərin sayı ilə ölçüldüyünü qeyd edən mütəxəssislər, əslində, xroniki xəstəliklərin arxasında hava çirkliliyinin daha geniş təsirlərinin gizləndiyinə diqqət çəkiblər. Hamiləlik dövründə havanın çirklənməsinin dölün inkişafına zərər verdiyinə diqqət çəkən araşdırmada hava çirkliliyinin normal çəkidə doğulan körpələr və hamilə qadınların aşağı düşməsi kimi hallarda böyük təsiri olduğu vurğulanıb. Araşdırmada havanın çirklənməsinin uşaqların idrak qabiliyyətlərinə və psixi sağlamlığına zərər verə biləcəyi, uşaqlıq dövründə ağciyərlərin böyüməsini maneə törədə biləcəyi barədə məlumatlar paylaşılıb. Hava çirkliliyinin insanlarda yetkinlik dövründə birdən çox xroniki xəstəliyə səbəb olduğunu ifadə edən araşdırmada bunun xərçəng və ya insult yolu ilə vaxtından əvvəl ölümü də daha çox ehtimal etdiyi təsbit edildi. İngiltərə Səhiyyə Nazirliyinə bağlı İngiltərə Xalq Sağlamlığı, ölkədə havanın çirklənməsi səbəbindən hər il təxminən 43 min insanın həyatını itirdiyini və heç bir tədbir görülməsə, 2035-ci ilə qədər havanın çirklənməsinin vurduğu zərərin ölkəyə 18,6 milyard funt sterlinqə başa gələcəyini bildirir.