Sudanda silahlı qarşıdurma nəticəsində ölənlərin sayı 100-ə çatır - ÖZƏL
17 Aprel 2023 14:45 DünyaSudanda ordu ilə Çevik Dəstək Qüvvələri arasında baş verən silahlı qarşıdurmada həlak olanların sayı 97 nəfərə çatıb. "OLAYLAR" haber7.com-a istinadən bildiirir ki, 365 nəfər isə döyüşlər zamanı yaralanıb. Həlak olanların mütləq əksəriyyəti mülki şəxslər olub. Bundan başqa silahlı qarşıdurma nəticəsində çoxlu sayda əsgər də ölüb və xeyli sayda yaralanna var. Lakin hələlik vəfat edən və yaralanan hərbiçilərin sayı açıqlanmır.
Bu arada Sudanda baş verən silahlı qarşıdurmanı yoluna qoymaq məqsədilə 3 Afrika ölkəsinin -Cənubi Sudan, Geniya və Cibuti lidrlərinin Sudana səfər edəcəyi, silahlı tərəflər arasında danışıqlar keçirəcəyi bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31