Türkiyə təbii qazın kəşfindən sonra ilk tədarükünü etməyə hazırlaşır- ÖZƏL

Olaylar.az xəbər verir ki, Böyük Britaniyada nəşr olunan "Financial Times" qəzeti yazıb ki, Türkiyə Qara dənizdə təbii qazın kəşfindən sonra ilk tədarükünü həyata keçirməyə hazırlaşır. Xəbər Avropadakı enerji böhranına da diqqət çəkib. Financial Times Türkiyənin böyük Qara dəniz qaz kəşfi çərçivəsində ilk tədarükünü edəcəyini yazarkən "Türkiyənin ən iddialı enerji istehsalı layihəsi" ifadəsini işlədib. Obyektdə hasil edilən qazın müəyyən hissəsinin ixrac olunacağı bildirilib. Avropa qaz bazarının yaxşı potensiala malik olduğu vurğulanıb. Xatırladaq ki, qitənin bir çox ölkəsi Rusiya-Ukrayna müharibəsindən sonra Moskvaya tətbiq edilən sanksiyalardan sonra Rusiya qazının kəsilməsi ilə üzləşib. Turkish Petroleum A.O. İdarə Heyətinin sədri və baş direktor Melih Han Bilginin açıqlamalarının da yer aldığı xəbərdə, kəşfdən təxminən üç il sonra Sakarya təbii qaz yatağının işlənməsinə keçidin ediləcəyi yazılıb. Qara dənizdəki qaz ehtiyatının Türkiyənin bu sahədə idxalına qarşı mühüm dəstəkə çevrildiyi diqqətə çatdırılıb. Türkiyə əsas enerji idxalçısıdır və istehlak etdiyi qazın demək olar ki, hamısı xaricdən gəlir. Bu, Sakarya layihəsini ölkənin enerji sektoru üçün əhəmiyyətli bir dəstək edir. Mərkəzi Bankın məlumatına görə, Türkiyənin neft, qaz və digər məhsulların daxil olduğu xalis enerji idxalı ötən il 80 milyard dollar olub ki, bu da cari hesab kəsirinin artmasının əsas səbəbi olub. Sentyabrda daha 7 quyu istismara verildikdə sutkada 10 milyon kubmetr qaz hasilatı başlayacaq. Bu, Türkiyənin keçən il ümumi qaz istehlakının təxminən 7 faizinə bərabərdir. Layihənin birinci mərhələsinə 1,8 milyard dollar xərcləyən "Turkish Petroleum" yaxın illərdə hasilatını artırmağı planlaşdırır. Tam gücü ilə işlədikdə hasilat sutkada 40 milyon kubmetrə çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31