ABŞ-ın "diplomatik səyləri" nəticəsində Rusiya-Çin İttifaqı güclənir - ÖZƏL

"ABŞ-ın və Avropanın "böyük səyləri" nəticəsində heç vaxt ittifaqda olmayacaq ölkəkər bir birilərinə sarılıb hücuma keçirlər. Çin müdafiə nazirinin dünənki səfəri Qərb üçün ikinci şapalaq oldu". "OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Rəşad Quliyev səsləndirib. O bildirib ki, Artıq Çin Rusiya hərbi əməkdaşlığı yeni mərhələyə qədəm qoyub: "Rusiya İran münasibətləri gücləndi, hərbi münasibətlər gedərək yüksəlir. Türkiyə Rusiya münasibətləri özünün pik həddinə doğru hərəkət edir. Körfəz ölkələri, Səudiyyə Ərəbistanı, Rusiya, İran arasında münasibətlər hər zamankından daha yüksək mərhələyə doğru inkişaf edir.  Yəni artıq birmənalı Amerika hegemonluğuna son qoyulur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31