Baş nazir partlayışdan bu cür qorundu - VİDEO

Yaponiya Baş naziri Fumio Kişidanın yaxınlığında baş verən partlayışdan bir neçə saniyə əvvəlki görüntülər yayılıb.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, kadrlarda baş nazirin də olduğu əraziyə naməlum bir əşyanın atıldığı əks olunub.

"Tüstü bombası" olduğu təxmin edilən naməlum əşya atılan kimi mühafizəçilər qoruyucu çətirləri açaraq, baş naziri ərazidən uzaqlaşdırıblar.

Qeyd edək ki, partlayışı Kavanişi şəhərindən olan 24 yaşlı Ryuji Kimura törədib. Hadisənin motivləri hələlik məlum deyil. Belə ki, o, hüquq-mühafizə orqanlarının əməkdaşlarının suallarını cavablandırmır. Hadisəni törədən şəxs nəzarətə götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31