Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi AKINCI dördüncü uçuşunu uğurla həyata keçirib - VİDEO

Türkiyənin Baykar şirkətinin tamamilə öz imkanları ilə inkişaf etdirdiyi Bayraktar KIZILELMA pilotsuz döyüş təyyarəsinin uçuş sınaq kampaniyası planlaşdırılan istiqamətdə həyata keçirilib.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi Tekirdağın Çorlu şəhərindəki AKINCI Uçuş Tədris və Sınaq Mərkəzində dördüncü uçuşunu həyata keçirib.

Aprelin 10-da keçirilən inventar qəbul mərasimində dünyanın ilk SİHA gəmisi olacaq TCG Anadolu-nun uçuş göyərtəsində Bayraktar KIZILELMA və Bayraktar TB3 SİHA yer alıb.

Məlumat üçün qeyd edək ki, milli pilotsuz döyüş təyyarəsinin kütləvi istehsalına 2024-cü ildə başlanılması planlaşdırılıb.

Mərasimdə ikinci prototipi istehsal edilən Bayraktar KIZILELMA pilotsuz döyüş təyyarəsinin 2025-ci ildə TCG Anadolu gəmisindən uçuş sınaqlarına başlaması gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31