Kiyev sakinləri TƏXLİYƏ EDİLİR
15 Aprel 2023 20:28 DünyaDneprdə suyun səviyyəsinin artması ilə əlaqədar bəzi Kiyev sakinlərini təxliyə etməyə hazırlaşırıq.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.
O qeyd edib ki, bu ilin yaz aylarında daşqın bir il əvvəlkindən qat-qat güclü olub.
"Yaşayış binaları və sənaye obyektləri üçün heç bir təhlükə yoxdur. Su hövzələrinin yaxınlığında yerləşən fərdi yaşayış evlərinin sakinləri müvəqqəti olaraq evlərini tərk etməlidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31