Vladimir Zelenski və Emmanuel Makron arasında telefon danışığı olub

Ukrayna Prezidenti Vladimir Zelenski fransalı həmkarı Emmanuel Makron ilə telefon danışığı aparıb.

Axar.az xəbər verir ki, bu barədə Zelenski öz Teleqram kanalıında məlumat yayıb.

"Fransa Prezidenti Emmanuel Makronla demək olar ki, bir saat yarım söhbətim oldu. Rus hərbi cinayətkarları tərəfindən ukraynalı əsgərin dəhşətli, qeyri-insani edamının pislənməsinə görə minnətdarlığımı bildirdim", - Zelenski bildirib.

Söhbət zamanı prezidentlər Makronun Çinə son səfərinin nəticələrini müzakirə ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31