Bayrağımızı yandırandan növbəti NİFRƏT MESAJI - FOTO

Azərbaycan bayrağını yandıran erməni dizayner Aram Nikolyan öz Facebook səhifəsində videomüraciət yayımlayıb.

Olaylar.az Milli.Az-a istinadən bildirir ki, videoda o deyib: "Mənim hərəkətim müstəsna olaraq ləyaqətli, heç vaxt heç bir siyasi qüvvənin üzvü olmayan, bütün bunlara öz baxışı olan erməninin hərəkətidir. Mənim istəyim odur ki, Ermənistanın paytaxtı İrəvanda Azərbaycan bayrağı dalğalanmasın. Əgər belə hesab edənlər varsa ki, mən bunu etməməliydim, o zaman evlərində Azərbaycan bayrağını assınlar".

O, həm də tərəfdarlarına minnətdarlığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31