Paşinyan bayrağımızı yandıranın işdən çıxarılması barədə göstəriş verib - Erməni mətbuatı

Baş nazir Nikol Paşinyanın ofisi İctimai Televiziyanın dizayner, "OTA" stilistika studiyasının rəhbəri Aram Nikolyanı Azərbaycan bayrağını yandırdığına görə işdən çıxarmağını tələb edib.

Olaylar.az Milli.Az-a istinadən xəbər verir ki, bu haqda Ermənistanın aysor.am saytı mənbələrinə istinadən bildirir.

Xatırladaq ki, ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı dizayner Aram Nikolyan gözlənilmədən səhnəyə qaçaraq Azərbaycan bayrağını səhnədə yandırıb.

Dizayner Aram Nikolyan öz Facebook səhifəsində videomüraciətində deyib: "Mənim hərəkətim müstəsna olaraq ləyaqətli, heç vaxt heç bir siyasi qüvvənin üzvü olmayan, bütün bunlara öz baxışı olan erməninin hərəkətidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31