Ukraynalı qaçqınlara 1,59 milyard XƏRCLƏNDİ
14 Aprel 2023 21:40 DünyaÇexiya 2022-ci il fevralın 24-dən bu il martın sonuna qədər Ukraynadan olan qaçqınlara yardım göstərmək üçün təxminən 1,59 milyard ABŞ dolları xərcləyib.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Çexiya Maliyyə Nazirliyinin məlumatında deyilir.
Məlumatda həmçinin o da qeyd olunub ki, 100 minə yaxın ukraynalı Çexiyaya gələn kimi işə başlayıb, bu isə o deməkdir ki, vəsaitin əhəmiyyətli hissəsi vergilər və rüsumlar formasında Çexiya iqtisadiyyatına qaytarılır.
Qeyd olunur ki, vəsaitin böyük hissəsi sosial müavinətlər, qaçqınların yerləşdirilməsi və normal yaşayışı üçün, eləcə də səhiyyəyə xərclənib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31