Pensiya yaşının 64 yaşa qaldırılması TƏSDİQLƏNDİ

Fransa Konstitusiya Şurası pensiya islahatını qanuni hesab edib və pensiya yaşının 64 yaşa qaldırılmasını təsdiqləyib.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə cümə günü "France Presse" agentliyi məlumat yayıb.

Məlumata əsasən, Şuranın hakimləri qanunun məzmununun və qəbul olunma qaydasının Konstitusiyaya uyğun olduğunu müəyyən edərək, onu təsdiq ediblər.

Qeyd edək ki, pensiya islahatı hökumət tərəfindən martın 16-da qəbul edilib. Sözügedən islahat pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31