"Sezar"lar Ukraynaya GÖNDƏRİLİR

Danimarka "Sezar" (Caesar) artilleriya qurğularını yaxın həftələrdə Ukraynaya çatdıracaq.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

"Bu ilin əvvəlində Danimarka özünün bütün "Sezar" artilleriya sistemlərini Ukraynaya təhvil vermək qərarına gəlib. İndi ukraynalılar da istifadə və texniki xidmət üzrə təlim keçiblər və sistemləri almağa hazırdırlar. Artilleriya sistemləri yaxın həftələrdə Ukraynaya çatdırılacaq", - deyə bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31