ABŞ lazer sistemini sınaqdan KEÇİRDİ

ABŞ ordusu Arizona ştatının Yuma poliqonunda havadan müdafiə qüvvələrinin qısa mənzilli lazer sistemini sınaqdan keçirib.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Defens Nyus" məlumat yayıb.

Sistem hazırlanmaqda olan İstiqamətləndirilmiş Enerji Manevri (DE M-SHORAD) proqramı çərçivəsində test edilib.

Bildirilib ki, 50 kilovatt gücündə olan cihaz "Stryker" zirehli maşınına quraşdırılıb. Sınaq zamanı sistem bir neçə PUA-nı məhv etsə də, raketlərin və artilleriya mərmilərinin tutulmasında bəzi problemlər qalmaqdadır.

Sınağın müxtəlif mərhələlərdə davam etdiriləcəyi deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31