Sabitlik fonunda inkişaf edən Türkiyə iqtisadiyyatı - ÖZƏL

"Son 20 ilə yaxın müddətdə Türkiyə iqtisadiyyatı böyük inkişaf, tərəqqi yolu keçib. Həyata keçirilən uğurlu iqtisadi siyasət kursu və iqtisadiyyatdan əldə edilən gəlirlər ölkə əhalisinin sosial rihafının yüksəldilməsində özünü göstərib. Nəticə etibarilə son 20 il ərzində ölkə böyunca yüzlərlə səhiyyə ocaqları, məktəblər açılıb, zavod və müəssisələr yaradılaraq çoxlu sayda iş yerləri açılıb".
"OLAYLAR" xəbər verir ki, bu fikirlər İqtisadi Təhlil və Qiymətləndirmə Mərkəzinin açıqlamasında qeyd edilib. Açıqlamada bildirilir ki, müntəzəm olaraq artırılan əmək haqqları, digər təqaüdlər Türk vətəndaşının durumunu kifayət qədər normallaşdırır: 
"Əsrin fəlakəti sayılan 6 fevral dağıdıcı zəlzələnin üzərindən cəmi iki ay keçdikdən sonra təbii fəlakət qurbanları üçün evlərin tikilməsi, bir sıra zəlzələ bölgələrində kənd evlərinin artıq istifadəyə verilməsi Türkiyə iqtisadiyyatının gücünün göstəricisidir. Bununla paralel zəlzələdən zərər çəkmiş insanların zəruri ehtiyaclarının qarşılanması heç də asan bir iş deyil. Əgər Türkiyə dövləti, Türkiyə hökuməti bütün bacarırsa, deməli güclü inkişaf edən iqtisadiyyatın sayəsində bunu etmək mümkün olur".
Mərkəzdən o da bildirilib ki, ölkəni inkişaf etdirməklə yanaşı, həm də sabitliyi qoruyub saxlamaq heç də asan məsələ deyil və bunu hazırkı Türkiyə iqtidarı bacarır: "Bunun göstəricisidir ki, ildən-ilə Türkiyəyə səfər edən xarici turistlərin sayı artır".
İqtisadi Təhlil və Qiymətləndirmə Mərkəzi hesab edir ki, Türkiyə iqtisadiyyatı ictimai-siyasi sabitlik fonunda inkişaf edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31