Kanadada məscidə hücumlar artır- ÖZƏL
14 Aprel 2023 14:50 DünyaOlaylar.az xəbər verir ki, Kanadalı sosioloq Prof. Dr. Kanadanın Toronto şəhərində məscidləri hədəf alan anti-müsəlman hücumları ilə bağlı Jasmin Zine, "Kanadada islamofobiya ölümcül həddə çatıb. Müsəlmanları hədəf alan şiddətli nifrət cinayətlərini görürük. Son hücumlar bir daha göstərdi ki, müsəlmanlar ölümcül niyyətli insanlar tərəfindən hədəfə alınır " deyib. Aprelin 6-da Sharan Karunakaranın ilk hücumu digər hücumu da tətikləyib. Markham məscidində İslamofobik hücumdan sonra eyni bölgədəki başqa bir məsciddə bir-biri ilə əlaqəsi olmayan başqa bir nifrət cinayəti baş verib. Başqa bir adam dayanacağa daxil olub. O, avtomobilindən düşüb namaz qılanlara sataşmağa başlayıb. Bu hücumların hər ikisi müsəlmanların vaxtlarının çoxunu məsciddə keçirdikləri Ramazan ayında baş verib. Hücumları həyata keçirənlərin müsəlmanlara qarşı hər hansı nifrət qrupları ilə əlaqəsi olub-olmadığının hələ bilinmədiyini ifadə edən Zine, "Hazırda bu insanların müsəlman əleyhdarı qruplarla əlaqəsi bilinməsə də, ilham almış ola bilərlər" deyib.