Danışıqlar Ukrayna problemini həll etmək üçün yeganə yoldur - ÖZƏL
14 Aprel 2023 12:52 Dünya"Sülh danışıqlarının təşviqi Ukrayna böhranının həllinin yeganə yolu kimi qəbul edilməlidir".
Olaylar.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bildirib. "Bu səhər Çinin xarici işlər naziri Qin Qang və Almaniyanın baş diplomatı Annalena Baerbok diplomatiya və təhlükəsizlik üzrə altıncı Çin-Almaniya strateji dialoqunu keçirdilər. Ukrayna məsələsinə gəlincə, Çin vurğuladı ki, Ukrayna böhranını həll etməyin yeganə yolu sülh prosesi və danışıqlara kömək etməkdir" - Vanq qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31