Taksi sürücüsü 15 yaşlı məktəblini zorlamağa cəhd etdi

Sankt-Peterburqda taksi sürücüsü 15 yaşlı 9-cu sinif şagirdini maşında zorlamağa cəhd edib. 

Fransada qərar günü: Pensiya yaşı ilə bağlı qərar elan ediləcək- ÖZƏL

Olaylar.az lent.az-a istinadən bildirir ki, məktəbli aprelin 9-da axşam saatlarında dostları ilə gəzintidən sonra evə getmək üçün taksi çağırıb. Məktəbli qızın dediyinə görə, o, arxa oturacaqda əyləşib. Səfər zamanı sürücü həm sərnişinin yaşı, həm də onu yola salanlarla maraqlanıb.

Təyinat yerinə az qalmış kişi maşını saxlayıb, qapıları bağlayıb və uşağın olduğu maşının arxasına keçib. Qızın dediyi kimi, təcavüzkar bir əli ilə onun şalvarının altına, digər əlini isə sinəsinə qoyub. Bundan sonra məktəbli kişini qasıq nahiyəsindən kəskin şəkildə vuraraq küçəyə qaçıb.

Məktəbli qız hadisə barədə anasına yalnız aprelin 11-də məlumat verib, ertəsi gün isə xəstəxanaya gedib. Taksi sürücüsünün hansısa şirkətlə əməkdaşlıq edib-etmədiyi, yaxud şəxsi ticarətlə məşğul olub-olmadığı məlum deyil. Hadisənin qalan halları araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31