Şimali Koreya bu günə qədər ən güclü raketini sınaqdan keçirib- ÖZƏL
14 Aprel 2023 12:00 DünyaOlaylar.az xəbər verir ki, Şimali Koreya bu günə qədər özünün "ən güclü" raketi olan yeni bərk yanacaqlı qitələrarası ballistik raketi sınaqdan keçirir. Dövlət mediası cümə günü bildiibi ki, "Hwasong-18" bərk yanacaqlı qitələrarası ballistik raketlər ölkənin nüvə zərbəsi qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq və düşmənlərə qorxu gətirəcək.
Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Şimali Koreyanın cümə axşamı keçirdiyi son sınaqlarda "yeni tip ballistik raket atdığını" iddia edib. Raket sınağından sonra Yaponiyanın Hokkaydo adasında da həyəcan siqnalı verilib. Amma sınaqlar heç bir təhlükə yaratmayıb. KCNA agentliyində yer alan xəbərdə, Hwasongpho-18-in inkişafı ilə Şimali Koreyanın strateji çəkindirmə qabiliyyətinin gücləndiriləcəyi bildirilib. Kim Çen In testi qızı, arvadı və bacısı ilə birlikdə idarə edib. Bərk yanacaqla işləyən raketlər maye yanacaqla işləyən raketlərdən daha sürətli atış edə bilir, bu da onları aşkar etməyi və ələ keçirməyi çətinləşdirir.