Ruhani lider azyaşlının dodağından öpdü- VİDEO-ÖZƏL
10 Aprel 2023 15:02 DünyaOlaylar.az xəbər verir ki, Tibetin ruhani lideri Dalay Lamanın ictimaiyyət qarşısında kiçik uşağı dodağından öpməyi böyük reaksiyaya səbəb olub.
Bir tədbirdə uşağı dodaqlarından öpən və daha sonra "dilini əmməyi" təklif edən 87 yaşlı Dalay Lamanın hərəkətləri böyük əks-səda doğurub. Kameralar önündə baş verən hadisədə balaca oğlan hörmətini bildirmək üçün "mənəvi lider"ə yaxınlaşır. Lakin bir neçə saniyədən sonra Dalay Lama dilini çıxarır və oğlandan "dilini sormağı" xahiş edir. Onun bu dialoq zamanı Dalay Lamanın arxasında güldüyü görünür. Qısa müddətdən sonra sosial mediada yayılmağa başlayan videoya çoxsaylı reaksiyalar gəlib. Bəzi sosial şəbəkə istifadəçiləri Dalay Lamanın belə qalmaqallar yaşadığını xatırladıblar. 2019-cu ildə Dalay Lama, "Əgər məni qadın əvəz edərsə, o, cəlbedici olmalıdır" demişdi.