Öcalana azadlıq istəyən şəxs İYİ Partiyadan deputatlığa namizəd oldu - ÖZƏL

PKK lideri Abdullah Öcalanın cəzasının yüngülləşdirilməsini, onun ev dustaqlığına buraxılmasını istəyən Səlim Ensarioğlu İYİ Partiyanın deputatlığa namizədləri sırasında yer alıb.

"OLAYLAR" haber7.com-a istinadən bildirir ki,  Səlim Ensaroğlu Akşənərin partiyasının İstanbuldan deputatlığa namizədi kimi irəli sürüb.

Qeyd edək ki, sözügedən şəxs həm də HDP-yə yaxınlığı ilə tanınır.  O, 2013-cü ildə verdiyi müsahibədə "Məncə, Öcalana daha mülayim bir ev dustaqlığı kimi imkan verilməlidir. Onunla istər televiziya ilə, istərsə də telefonla, yaxud videolu bağlantı qurulmalıdır". Deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31