Toyda 50 nəfər zəhərləndi

Almaniyanın Düsseldorf şəhərində türk toyunda 50-yə yaxın insan zəhərlənib.

Rusiya Baxmutu işğal etsə... - Makqreqor

Olaylar.az lent.az-a istinadən bildirir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Qonaqlardan biri qan dövranı problemi ilə bağlı təcili yardım çağırmalı olub.

Məlum olub ki, zalda dəm qazından sızma baş verib.

Əraziyə yanğınsöndürmə və xilasedicilər cəlb olunub, insanlar binadan təxliyə olunub.

Polis bildirib ki, toya gələn 34 nəfər zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib, daha 20 nəfər isə fərdi şəkildə xəstəxanaya müraciət ediblər.

 

Şənlikdə 150-200 nəfər iştirak edib.

Polis hadisənin səbəblərini araşdırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31