Yunanıstan və İsrail razılığa gəliblər- ÖZƏL
10 Aprel 2023 14:05 DünyaOlaylar.az xəbər verir ki, İsrail Müdafiə Nazirliyi müqavilənin Yunanıstana "Spike" tank əleyhinə raketlərin satışı üçün imzalandığını açıqlayıb. Açıqlamada deyilir ki, sövdələşmə 400 milyon dollar dəyərindədir. Ötən həftə İsrail NATO-nun yeni üzvü olan Finlandiya ilə hava hücumundan müdafiə sazişi imzalayıb. İsrail dövlətinin "Rafael" şirkətinin istehsalı olan "Spike" raketləri bir çox Aİ və NATO ölkələri tərəfindən istifadə olunur. Rafael şirkətinin baş direktoru Yoav Har-Even, Afina ilə imzalanan müqaviləyə görə, "Spike raketləri Yunan ordusunu gücləndirəcək. Ümid edirik ki, yaxın gələcəkdə strateji əməkdaşlıq vasitəsilə yeni sazişlər imzalayacağıq" açıqlamasını verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31