İran ABŞ-ın Cənubi Çin dənizinə hərbi gəmilər göndərməsinə reaksiya verib- ÖZƏL

Olaylar.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani iddia edib ki, Vaşinqton administrasiyasının Cənubi Çin dənizinə hərbi gəmilər göndərməsi "ABŞ-ın dünyadakı gücünün azalmasını ört-basdır etmək cəhdi" ilə bağlıdır. 

Kenani Twitter hesabında yazdığı paylaşımda ABŞ-ın Cənubi Çin dənizinə döyüş gəmisi göndərməsinə reaksiya verib və deyib:

"Bölgədə yeni tənliklər formalaşsa və bölgədənkənar hərbi gücə ehtiyac olmadığı halda, ABŞ-ın Qərbi Asiyaya sualtı qayıqlar və ya hərbi gəmilər göndərməsi ilə bağlı xəbərlərin arxasında Vaşinqton administrasiyasının azalmanı ört-basdır etmək cəhdi dayanır. ABŞ rejimi Qərbi Asiya regionunda müharibələri qızışdırmaqla, qeyri-sabitlik və qarşıdurmanı təşviq etməklə region xalqlarının iradəsinə zidd hərəkət etdi. Vaşinqton yeni reallıqları dərk etməli və zəifləyən sionist rejimin maraqları naminə Qərbi Asiya regionu və Fars körfəzinə müdaxilə cəhdlərindən çəkinməlidir".

Çin Xalq Azadlıq Ordusunun Cənub Komandanlığının sözçüsü Tian Junli iddia edib ki, ABŞ-ın "Arleigh Burke" sinfinə aid idarə olunan raket esminesi "USS Milius" Cənubi Çin dənizindəki Spratli adaları yaxınlığında Çin ərazi sularına "girdi".

Çinin Şərq Komandanlığı da aprelin 8-10-da Tayvan boğazında təlim keçiriləcəyini açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31