Elon Musk Medvedevin Twitter-dəki paylaşımını silməkdən imtina edib - ÖZƏL
10 Aprel 2023 12:37 DünyaTesla və SpaceX şirkətlərinə rəhbərlik edən və Twitter-in sahibi olan amerikalı sahibkar İlon Mask Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Twitter sosial şəbəkəsində daha əvvəl dərc etdiyi bəyanatı silməkdən imtina edib.
Ötən ilin aprelində Twitter "açıq internet"ə çıxışı məhdudlaşdıran dövlət orqanlarına bağlı hesabları olan sosial şəbəkə istifadəçilərini bloklayacağını açıqlamışdı. Şirkətin sözçüsü o vaxt demişdi ki, proses ilk növbədə Rusiya hökumətinə təsir edəcək və 300-dən çox hesabı əhatə edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31