Azərbaycan Türkün gücünü döyüş meydanında dünyaya göstərdi - Çavuşoğlu
10 Aprel 2023 12:36 DünyaAzərbaycan döyüş meydanında türkün gücünü bütün dünyaya göstərdi və torpaqlarını işğaldan azad etdi.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ədalət və İnkişaf Partiyasının Afyonkarahisar Seçki Koordinasiya Mərkəzinin (SKM) açılışında etdiyi çıxışında deyib.
"Bu gün Türkiyənin milli müdafiə sənayesinin 80 faizi yerli istehsaldır. Hazırda Türkiyə təkcə regional yox, həm də qlobal siyasi aktordur. Türkiyə və türk milləti hər zaman çətinə düşən, köməyə ehtiyacı olanın yanında olub", - deyə M. Çavuşoğlu əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31